İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatlarla yaranmış gərginlik fonunda bildirib ki, ölkəsi bombarmanlara məruz qalsa da təslim olmayacaqlar.
Bu barədə "RİA Novosti" İran prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Bu gün bizə mətanət lazımdır, düşmənlər dərk etməlidir ki, bizim ürəklərimizdə ümidsizliyə yer yoxdur", - deyə o qeyd edib.
Ruhani vurğulayıb ki, hətta əgər İran ərazisinə atəş açsalar, respublika sakinləri öz hədəflərinin - müstəqilliyin və böyüklüyün ardınca getməyə davam edəcəklər.
Daha əvvəl İran prezidenti bildirib ki, ABŞ Dövlət Departamenti rəsmən səkkiz dəfə Tehrana danışıqlara başlamaqla bağlı müraciət edib.
Ruhani: Bombardman etsələr də təslim olmayacağıq

Oxşar xəbərlər