Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür. Ölkə 1992-ci il martın 2-də dünyanın ən mötəbər təşkilatına – BMT-yə üzv qəbul edilib.
BMT Baş Məclisinin həmin gün keçirilən 46-cı sessiyasında Azərbaycanın üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Beynəlxalq qurumun 181-ci üzvü olan dövlətimizin üçrəngli bayrağı martın 2-də Nyu-Yorkda BMT-nin mənzil qərargahının qarşısında qaldırılıb. Həmin ilin may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.
2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycan 155 dövlətin dəstəyini alıb.
Azərbaycan 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşüb, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib.
Bu gün Azərbaycanın BMT-yə üzv olmasından 27 il ötür

Oxşar xəbərlər