"Neftçi" və "Səbail" cəzalanıb, "Kəpəz"ə xəbərdarlıq olunub

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 4 000 manat məbləğində cərimələyib.

Operativtv.com Reporta istinadən xəbər verir ki, buna "ağ-qaralar"ın azarkeşlərinin "Səbail"ə (3:0) qalib gəldikləri Premyer Liqanın XXIII tur matçında kütləvi şəkildə təhqiramiz ifadələr işlətməsi səbəb olub.

Qarşılaşmadan əvvəl meydançanın vaxtında sulanmamasına görə "Neftçi"yə xəbərdarlıq da edilib.

"Səbail"ə isə 400 manat məbləğində cərimə kəsilib. "Dənizçilər"in dörd oyunçusu sözügedən görüşdə sarı vərəqə ilə cəzalanıb.

Komitə "Kəpəz" klubuna da xəbərdarlıq edib. Gəncə təmsilçisinin topdaşıyanları "Şamaxı"nı 3:2 hesabı ilə yendikləri oyunda topları futbolçulara ötürərkən vaxtı uzadıblar.