Müsəlman şəxsin Avropa ölkələrində şəri vəzifələri…

Böyük mərcə Ayətullah Əl Üzma Seyid Sistaniyə ünvanlanan müsəlman şəxsin Avropa ölkələrində şəri vəzifələril əbağlı bir sıra suallar və cavabları təqdim edirik:


Sual: Müsəlman Avropa ölkələrində qanunvericilikdə nəzərdə tutulmuş bir sıra imtiyaz və güzəştləri əldə etmək üçün dövlət orqanlarına həqiqətə uyğun olmayan informasiya təqdim edə bilərmi?

Cavab: Bu addım yalan hesab edildiyinə görə yolverilməzdir və göstərilən hal yalana icazə verən zərurət məqamlarından sayılmır.


Sual: Müsəlman Avropa və Amerika ölkələri kimi qeyri-müsəlman ölkələrində kafirlərdən oğurluq edə və ya onların əl atdığı hiyləli yollara baş vurmaqla sərvət əld etməyə çalışa bilərmi?

Cavab: İslam və ya müsəlmanların nüfuzuna zərbə vurduğu halda onların həm xüsusi, həm də ümumi mülkiyyətini oğurluq yolu ilə mənimsəmək, habelə tələf etmək yolverilməzdir. Hətta İslam və ya müsəlmanlara ləkə gətirmədiyi halda belə, bu əməl həmin ölkəyə giriş və ya orada məskunlaşma izni alarkən götürülən öhdəliklərin pozulması və xəyanət hesab olunduğundan yolverilməzdir. Çünki öhdəlikləri pozmaq və xəyanət istənilən halda haram və günahdır.


Sual: Avropa ölkələrində fəaliyyət göstərən dövlət məktəblərində saxtakarlıq hallarına yol vermək olarmı? Bəs müsəlman və ya qeyri-müsəlman qeyri-dövlət məktəblərində necə?

Cavab: İstənilən halda saxtakarlıq yolverilməzdir.


Sual: Qeyri-müsəlman ölkələrində alış-veriş əsnasında satıcı (kassir və ya mühasib) ona qaytarmalı olduğu qalıq məbləğindən daha artıq pul qaytararsa, müsəlman həmin məbləği götürə bilərmi? Yoxsa satıcını bu səhvdən xəbərdar etməsi vacibdirmi?

Cavab: Qalıqdan artıq məbləği götürməyə haqqı yoxdur və götürdüyü halda da mütləq geri qaytarmalıdır.

 

Az.shafaqna.com