Mərkəzi Bankdan manatla bağlı AÇIQLAMA

Azərbaycanda manatın məzənnəsinin dəyişməsi üçün heç bir əsas yoxdur.

Trend-ə istinadən verilən  məlumata görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədrinin birinci müavini Alim Quliyev deyib.

Bank rəsmisi bildirib: “Bizim valyuta rezervlərimiz və beynəlxalq bazarlarda vəziyyət makroiqtisadiyi sabitliyi təmin etməyə imkan verir. Bu baxımdan manatın məzənnəsini sabit saxlamaq üçün bütün şərtlərimiz var”.