AMB-nin istismarında olan Elektron imza üzrə sertifikatlaşma sisteminin modernləşdirilməsi ilə bağlı elan edilmiş açıq tenderin nəticəsi məlum olub.
Tenderin qalibi "Sinam" MMC-dir.
Qalib şirkətə 989 996 manat ödəniləcək.
Bundan əlavə digər bir teder olan – AMB-də istismarda olan Elektron Sənəd Dövriyyəsi Sisteminin proqram platformasının dəstəklənməsi işini də məhz adıçəkilən IT-şirkətinə həvalə edib. Bu müqavilənin həcmi 300 min manat civarındadır.
AMB bununla bağlı hələ 2 ay öncə açıq tender elan etmişdi.
"Sinam" MMC (VÖEN: 1300149611) 1994-cü ildə təsis edilmiş Cənubi Qafqaz və Mərzkəzi Asiya regionunda geniş miqyaslı İT-xidmətləri və məhsulları təklif edən aparıcı İT-şirkətlərindən biridir. Elektron hökumət həllərinin provayderi və sistem inteqratoru kimi tanınan "Sinam" şirkəti aparat və proqram təminatı komplekslərindən tutmuş İT konsaltinq, dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir. Şirkətin fəaliyyət sahəsinə Azərbaycan, Qırğızıstan, Rusiya Federasiyası, Gürcüstan, Tacikistan, BƏƏ, Türkiyə, ABŞ, İraq, Əfqanıstan, Serbiya, Almaniya, Böyük Britaniya, Tanzaniya, Uqanda və Nigeriya kimi ölkələr daxildir.
Azərbaycan Mərkəzi Bankı 1 milyon manat xərcləyəcək
Oxşar xəbərlər