Ay ərzində orta əmək haqqı 1,2% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda orta aylıq əmək haqqı 538,8 manat (317 ABŞ dolları) təşkil edib. Bu, ilin birinci rübü ilə müqayisədə 1,2% çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İllik hesablamada maaşlar 3,5% artıb. 2017-ci ilin sonunda Azərbaycanda muzdlu işçilər orta hesabla 528,2 manat qazanıblar. Ancaq ölkənin bir çox şəhər və rayonunda orta aylıq əmək haqqı ayda 350 manatdan artıq olmayıb.