Dəyərli valideynlər, Siz bizi böyüdüb boya-başa çatdırdınız. Allah Sizdən razı olsun. Şübhə yoxdur ki, hər bir valideyn kimi sizin də gözləntiləriniz var idi ki, biz sizin xidmətinizdə dayanaq və yanınızda olaq. Amma hazırda bu belə deyil. Biz övladlar Sizin istədiklərinizi həyata keçirə bilmirik. Biz etmədiyimiz əməllərə görə şərlənərək qondarma ittihamlarla həbs edilmişik. Allahın lənəti zalımların üzərinə olsun.
Siz isə rahat olun. Əmin olun ki, sizin başınız ucadır. Bizə verdiyiniz tərbiyə sağlam tərbiyə olmuşdur. Amma neyləyək ki, biz çətin bir dövrə düşdük. O dövrə düşdük ki, uşaqlığından bəri ibadət edənlər müxtəlif ittihamlarla şərlənib həbs edildilər. Necə ki bir zamanlar vətənimizdə alimlərə, ziyalilara zülm edərək onlara qarşı repressiya həyata keçirirdilər. İndi də eyni zülm təkrarlanır. Bu çətin dövrlər də keçmişdə qalacaq. Biz sizinlə birlikdə bu sınaqlardan keçməliyik. Çünki heç bir dəyər qurban olmadan qorunub saxlanılmır. Bizi də İslama qurban edin. Qurban edin ki, İslamı bizdən sonra gələn nəsillərə ötürə bilək. 
Şübhəsiz ki, Allah istəsə hər şey olar. Allah öz dinini qorumağa qadirdir amma bizləri imtahan edir. Ona görə imtahan edir ki, dəyərlərimizin qədrini bilək və dünya pərəst olmayaq. Dəyərlər təhlükədə olanda imtahanlar başlayır. Deməli, dəyərləri lazımi qədər qiymətləndirməmişik. Yəni dünya pərəstliyə yönəlmişik. Belə olan halda Rəbbimiz Allah bizim diqqətimizi müvəqqəti dünyadan axirətə yönəldir. Yəni bizi ayıldır ki, qəflətə düşməyək.
Çox hörmətli valideynlərimiz, bu dünya müvəqqətidir, axirət isə bizim əbədi evimizdir. Peyğəmbər (s) buyurmuşdur: Dünyasını abad edənin axirətinə zərər gələcək. Axirətini abad edənin isə dünyasına zərər gələcək. 
Baxın, düşünün və dünyanıza gələn zərəri qəbul edin.Yetər ki, axirətinizə ziyan gəlməsin. Nə xoş sizin halınıza ki, İslamın haqqın, mənəviyyatın təşəkkül tapmasında övladlarınızın əziyyətinə qatlanmaqdasıınız. Əmin olun ki, Allah mükafatınızı böyük edəcəkdir. Çünki O, heç kimə borclu qalan deyil. Həqiqətən Allah möminlərin mallarını və canlarını Cənnətin onların olması bahasına alıb. Bu malın verilmək tərzi belədir ki, onlar Allah Yolunda vuruşurlar, beləliklə öldürürlər və öldürülürlər. Öz mallarından Allah Yolunda xərcləyirlər. Bu alver Onun öhdəsində olan əzəli elmindən başqa eyni zamanda Lövhi Məhfuzda qeyd olunmuş alver sənədi kimi Tövrat, İncil və Quranda yazılmış haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır. Ona görə etdiyiniz bu alış verişə şad olun. Bu çox böyük uğur və qurtuluşdur (Tövbə surəsi 111).
Allahın Salamı, Rəhməti və Bərəkəti sizin üzərinizdə olsun. Əllərinizdən öpərək dərin hörmət və ehtiramla övladınız Vüsal Nadiroglu.
 
Məhbus valideynlərinə müraciət