Türkiyədə qatar qəzasında ölənlərin sayı 24-ə çatıb, 124 yaralı var

Türkiyənin Tekirdağ əyalətinin Muratlı ilə Çorlu rayonları arasında yerləşən Sarılar məhəlləsi yaxınlığında baş verən dəmiryol qəzası nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
Bunu Türkiyənin səhiyyə naziri Ahmet Demircan bildirib.
 
Nazir deyib ki, hadisə nəticəsində yaralanan 124 nəfər xəstəxanalara yerləşdirilib və onların müalicə davam etdirilir.
 
Nəqliyyat, dəniz və rabitə naziri Ahmet Arslan isə qəzanın səbəbini açıqlayıb. O vurğulayıb ki, fasiləsiz yağan yağışlar nəticəsində relslərin altındakı torpaq boşalıb. Bu boşalma isə dəmiryolunda relslərin çökməsinə səbəb olub. Nazir bildirib ki, Nəqliyyat, Dəniz və Rabitə Nazirliyinin müşaviri Suat Hayri Aka sədrliyi ilə böhran mərkəzi yaradılıb.
 
Qeyd edək ki, iyulun 8-də Türkiyədə Uzunköprü - Halkalı istiqamətində hərəkət edən 6 vaqondan ibarət qatar relsdən çıxıb. Qatarda 6 heyət və 362 sərnişin olub. Qəza zamanı 5 vaqon relsdən çıxaraq aşıb.
 
****
Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.
Bu barədə “Milliyet” Səhiyyə nazirliyindəki mənbəyə istinadən xəbər verib.
 
***
Türkiyənin Tekirdağ əyalətində sərnişin qatarı qəzaya uğrayıb. Uzunkörpü-İstanbul marşrutu üzrə hərəkət edən qatarın altı vaqonu relsdən çıxaraq aşıb.
 
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.