Rusiyanın Baş naziri Dmitriy Medvedyev bəyan edib ki, Gürcüstanın NATO-ya daxil olması fəlakətə səbəb ola bilər.
Trend-in məlumatına görə, Baş nazir bu barədə müsahibəsində bildirib: "Gürcüstanın NATO-ya daxil olması qorxunc münaqişə yarada bilər, başa düşülmür, ümumiyyətlə, bu, nəyə lazımdır?".
İyulun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq təşkilatın Gürcüstanı qəbul etmək niyyəti barədə yenidən xatırladıb. Lakin o, bunun nə vaxt baş verə biləcəyi ilə bağlı dəqiq tarix söyləməyib.
Medvedyev: Gürcüstanın NATO-ya daxil olması fəlakətə səbəb ola bilər
Oxşar xəbərlər