“Mançester Siti” 2023-cü ildə qazanılan xallara görə İngiltərə rekordçusudur

“Mançester Siti” 2023-cü ildə qazanılan xallara görə İngiltərə rekordçusudur.

Operativtv.com Report-a istinadən xəbər verir ki, “şəhərlilər” il ərzində Premyer Liqa oyunlarında ümumilikdə 87 xal toplamaqla buna nail olublar.

Bu il Premyer Liqada ən çox xal yığan ikinci komanda “Aston Villa”dır (82 xal). İlk “üçlüy”ü ondan 1 xal az toplayan “Arsenal” qapayır.

“Mançester Siti” həm də bir təqvim ilində 5 kubok (İngiltərə çempionatı, İngiltərə Kuboku, UEFA Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatı) qazanan ilk İngiltərə klubudur.

Qeyd edək ki, Pep Qvardiolanın yetirmələri Premyer Liqada 18 turdan sonra 34 xalla 5-ci pillədə qərarlaşıblar.