Əlli günlük hücum göstərdi ki, israillilər əsirlərinin döyüş meydanında deyil, əsir mübadiləsi razılaşması ilə azad etməyə məcbur oldular

Hizbullah baş katibinin müavini Şeyx Naim Qasim deyib: “Müqavimət hələ də düşmənlə müharibəni davam etdirməyə hazırdır. Hazırkı müharibənin nəticələri İsrailə qarşı olacaq və Fələstin xalqı bu müharibədən əvvəlkindən qat-qat güclü çıxacaq”.

Şeyx düşmənlə mübarizə prosesi və müqavimətin Livanın cənubunda işğalçı mövqelərə qarşı həyata keçirdiyi əməliyyatlarla bağlı: “Müqavimət davam edəcək və yoluna davam etməyə hazırlaşıb.

Müqavimətin bu qədər güclü olmasının səbəbi Fələstin xalqının öz torpağına olan haqqı və bu xalqın müqavimətə bağlılığı və son nəfəsinə qədər mübarizə aparmaq iradəsidir. İndi zamanla yarışdır və sual olunur: Bu müharibənin sonunda kim öz məqsədinə çatacaq? Sionist rejim Fələstin davasını məhv etməklə öz məqsədinə çatacaq, yoxsa müqavimətin istiqaməti düşmənin bu məqsədə çatmasına mane olacaq?

Əlli günlük hücum zamanı israillilərin heç bir məqsədə çata bilmədiyi və onların əsirlərinin döyüş meydanında deyil, əsir mübadiləsi razılaşması ilə azad edildiyi dəqiqdir. İşğalçıların bu gün başladıqları müharibə tamamilə mənasızdır və onun nəticələri İsrailin ziyanına olacaq. Fələstin xalqı bu müharibədən əvvəlkindən daha güclü və iradəli çıxacaq, İsrail isə bu müharibədən əvvəlkindən daha zəif və gələcək üçün narahat olaraq çıxacaq.

Biz İsraili mütləq məğlub edəcəyik və deyirik ki, tələsməyin. Bu kontekstdə bəzi insanlar bizdən soruşurlar ki, niyə indi İsrailə qarşı böyük müharibəyə başlamırıq? Biz onlara deyirik: Özünüz indiyə qədər nə etmisiniz? Sadəcə izləmək və tamaşaçı olmaqdan razısınızmı?

Müqavimət cəbhəsində Qəzzanın yanındayıq və qələbə qazanmaq üçün nə lazımdırsa təmin edirik. Amerika və İsrailin təhdidləri bizi qorxutmur, biz zəif insanların və yalnız onların iradəsini narahat etmək, zəiflətmək istəyənlərin dediklərinə qulaq asmırıq. Bizim tariximiz müqavimətin uğurları və qələbələri ilə doludur və müqavimət qalib gələcək və bu, Allahın vədidir”- bildirib.