Əli Həsənovun xanımı Teleradio Şurasından çıxarılıb

Nuşirəvan Məhərrəmli: ''Sona Vəliyeva prezidentə müraciət edib''

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Sona Vəliyevanın bu qurumdan çıxmasını təsdiqləyib.

“Turan”-ın məlumatına görə, N.Məhərrəmli deyib ki, S.Vəliyeva bir müddət öncə MTRŞ üzvlüyündən azad olunması ilə bağlı dövlət başçısına müraciət edib.

"Prezident S. Vəliyevanın istefa ərizəsini qəbul edib. Onun səlahiyyətləri noyabrın 15-dən bitir", - N.Məhərəmli bildirib.

S.Vəliyevanın MTRŞ üzvü təyin edilməsi barədə sərəncam 2013-cü il noyabrın 14-də verilib. O, 6 müddətinə təyin edilmişdi.

S. Vəliyeva Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.