Yeni nazir Əli Həsənovun qohumlarını işdən çıxartdı

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) sədrinin köməkçisi Əkbər Əkbərov və qurumun Mənzil istismar departametinin direktoru Akif Mirzəyev vəzifəsindən azad edilib.

Hər iki şəxslə bağlı Komitə sədri Rövşən Rzayev əmr imzalayıb.

Onların yerinə hələ ki təyinat olmayıb.

Ə.Əkbərov Komitənin sabiq sədri, Baş nazirin müavini Əli Həsənovun baldızının oğludur. A.Mirzəyev də keçmiş sədrin qohumudur.

azadliq.info