Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi avqustun 6-na keçən gecə "www.az24saat.org" saytına xəbərdarlıq məktubu göndərib. Məktubu mərkəzin direktoru Faiq Fərmanov imzalayıb.
Mərkəz saytın rəhbərliyindən "Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər" (3 avqust 2018-ci ildə dərc edilib), "Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi" (10 avqust 2018), "İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?" (1 fevral 2018), "APA-nı kim, niyə bağladı?" (3 avqust 2018) sərlövhəli məqalələri saytdan götürməyi tələb edib.
Mərkəz bu nəşrlərdə böhtan və yalan olduğunu iddia edir.
"İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanunun 13-3-cü maddəsinə uyğun olaraq, Elektron Təhlükəsizlik Mərkəzi 8 saat ərzində müvafiq məlumatları saytdan götürməyi tələb edib.
Öz növbəsində, saytın rəhbəri Vüqar Qurdqanlı deyib: "Sözügedən məqalələrdə hər hansı qərəz, böhtan yoxdur, informativ xarakterli yazılardır".
Turan
Elektron Təhlükəsizlik Mərkəzi Əli Həsənovu müdafiə edir

Oxşar xəbərlər