MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında assosiasiyaya daxil olan dövlətlərin işlərinə xarici qüvvələrin müdaxiləsi müzakirə edilib.
Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Bəli, (xarici qüvvələrin MDB ölkələrinin işlərinə qarışması mövzusu - red.) dar tərkibdə keçirilən görüşdə müzakirə olunub.... Hər kəs hər şeyi yaxşı başa düşür. Birləşmiş Ştatlar və onun "peykləri" ümumi məkanımızın bütün regionlarını işğal etməyə, Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsinə dair razılaşmaları pozmağa çalışır və Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmir. Rusiyanın", - Lavrov MDB Xarici İşlər Nazirləri Şurasının yekunlarına dair mətbuat konfransında bildirib.
Nazir əlavə edib ki, Vaşinqton fəal şəkildə Mərkəzi Asiyaya nüfuz etməyə çalışır və orada Rusiyaya qarşı formatlar yaradır. Onun sözlərinə görə, Birləşmiş Ştatlar postsovet məkanındakı ölkələr üçün “real suverenliyə” nail olmaq istədiklərini açıq şəkildə bəyan edirlər.
“Böyük təzyiq altında müttəfiqlərimiz və strateji tərəfdaşlarımız MDB, KTMT, Avrasiya İqtisadi İttifaqı və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın əsaslandığı bütün əsas prinsiplərə sadiq qalırlar. Əminəm ki, strateji baxımdan Qərb xətti iflasa məhkumdur”, - deyə nazir vurğulayıb.
Lavrov: Qərb Ermənistan-Azərbaycan razılaşmalarının yerinə yetirilməsinə imkan vermir