Kərbəla Polisi: Ziyarətçilər Kərbəlaya 3 istiqamətdən daxil olur və tam təhlükəsizlik təmin edilir

Kərbəla Polis Komandanlığı şəhərə 3 istiqamətdən ziyarətçilərin gəldiyini açıqlayıb və təhlükəsizlik planının yaxşı həyata keçirildiyini vurğulayıb.

Kərbəla polisinin ictimaiyyətlə əlaqələr üzrə direktoru polkovnik İhsan əl-Əsədi bildirib ki, builki təhlükəsizlik planı rəvan və yüksək dəqiqliklə həyata keçirilir. Təhlükəsizliyə şəxsən daxili işlər naziri nəzarət edir. Ordu, polis və Həşduş-Şabi də işlədiyi təhlükəsizlik bölmələrinin başında layihələrin icrasına nəzarət edir.

İmam Hüseyn (ə) ziyarətçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün təhlükəsizlik bölmələri tam təchiz olunub və vilayətin səhra ərazilərində, çaylarda və inzibati sərhədlərində qabaqlayıcı əməliyyatlar davam etdirilir.

Əyalətlər və bütün təhlükəsizlik qurumları arasında əla koordinasiya olduğunu bildirən əl-Əsədi, preventiv əməliyyatlar nəticəsində bir çox müttəhim və axtarışda olan şəxslər həbs olunduğunu deyib.