Kosovo serbləri şimaldakı bələdiyyə binalarını ələ keçirmək üçün bir araya gəlib

Bazar ertəsi Kosovonun şimalındakı etnik serblər polisin yardımı ilə keçən həftə alban merlərinin girdiyi yerli hökumət binalarını ələ keçirməyə cəhd edib.

Kosovo polisi və NATO-nun rəhbərliyi ilə Kosovo Qüvvələri keçən ay etnik serblər tərəfindən boykot edilən növbədənkənar seçkilərin keçirildiyi Zveçanda bələdiyyə binasını qoruyub. Mer vəzifələrinə və məclislərə yalnız etnik alban və ya digər kiçik azlıq nümayəndələri seçilib.

Keçən cümə günü baş verən toqquşmalar zamanı on nəfərdən çox serb və Kosovonun 5 polis əməkdaşı yaralanıb. Həmin gün Kosovo ilə sərhəddəki serb qoşunları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Şimali Kosovonun bu hissəsində çoxluq təşkil edən etnik serblər bu yaxınlarda seçilmiş etnik alban məmurların bələdiyyə binalarına daxil olmasına mane olmağa çalışıb. Kosovo polisi yeni məmurların ofislərinə daxil olmasına maneə törədən izdihamı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Birləşmiş Ştatlar və Avropa İttifaqı bələdiyyə binalarına zorla girmək üçün polisdən istifadə etdiyinə görə Kosovo hökumətini qınayıb.

Bazar günü axşam Fransa, Almaniya, İtaliya, Britaniya, eləcə də Kosovodakı ABŞ və Avropa İttifaqı yenidən bəyanat yayaraq, bütün tərəfləri təhlükəsizliyə təsir edə biləcək təhdidlərə son qoymağa çağırıb.

Cümə günü tərəfdarları qarşısında çıxış edən Serbiya prezidenti Aleksandr Vuçic deyib ki, "Kosovonun şimalında serblərə hücum edildiyi təqdirdə Serbiya sakit qalmayacaq."

 

Amerikanın Səsi