'Ədalət mühakiməsinə lağ edilirsə, o dövlətin təməl sütunları çoxdan sarsılıb''
“Hər hansı cinayətkar dəstə yarananda qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etmir və yaradılanda mətbuat konfransı keçirmir. Tale Bağırzadənin çıxışları internetdə var. O, heç zaman hakimiyyət əleyhinə çıxışlar etməyib, ölkənin dini siyasətini tənqid edib. Bu isə hakimiyyət əleyhinə çağırış kimi qiymətləndirilə bilməz”.
Vəkil Fariz Namazlı məhkəmədə çıxışı zamanı belə deyib.
Dekabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov və daha 11 nəfər - Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin məhkəmə prosesi davam edib.
Kitabça Tale Bağırzadə tərəfindən hazırlana bilməzdi
Hakim Mayıl Bayramovun sədrlik etdiyi iclasda təqsirləndirilən şəxslərdən Elçin Qasımov, Əli Yəhyayev, Seyfəddin Şirvanov, Ramil Əliyev, Fərhad Muradov və Vüsal Alışın vəkili olan Fariz Namazlı müdafiə çıxışı edib. O bildirib ki, “Müsəlman Birliyi” Hərəkatı cinayətkar qurum olsaydı, qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət etməzdi:
“Müraciət kitabçası olduğu iddia edilən kitabça Taleh Bağırzadə tərəfindən hazırlana bilməzdi. Kitabçada Nardaranda baş verən hadisələr, Elçin Qasımova, Elman Ağayevə edilən zülmlərdən danışılır. Taleh həbs olunduqdan sonra Elman Ağayev həbs edilib. Taleh ona edilən zülmlərdən necə danışa bilər?”
Dövlətin təməl sütunları çoxdan sarsılıb
Vəkil daha sonra deyib:
“Hakimiyyətin tapşırıqlarını icra edənlər düşünür ki, ən böyük ləyaqət - dövlət (sistem) qarşısında borcunu ödəməkdir. Onlar "Mən necə dəhşətli işlər görürəm" əvəzinə, "Mən öz borcumu yerinə yetirmək üçün necə dəhşətli işləri müşahidə etməyə məcburam. Mənim işim necə ağırdır" - deyirlər. Onlar bunu öz cinayətlərinə haqq qazandırmağa çalışanda dilə gətirirlər. Amma alternativ həmişə var, məsələn, sistemin qulluğunda durmamaq.
Roma hüququnun banisi Marek Noviçki deyirdi ki, hər bir dövlətdə istənilən dövlət orqanını tənqid etmək, ona lağ etmək olar. Hansısa nazirin axmaq çıxışına görə bütünlüklə Nazirlər Kabinetini tənqid etmək, ona lağ etmək olar. Amma ədalət mühakiməsi yeganə qurumdur ki, ona lağ etmək, ona rişxənd etmək olmaz. Əgər bir dövlətin ədalət mühakiməsinə insanlar lağ edirsə, o deməkdir ki, o dövlətin təməl sütunları çoxdan sarsılıb.
Bura toplaşan insanlar nəticənin nə olacağını bilirlər, sadəcə ümidlə nəsə yaxşı bir nəticə gözləyirlər. Onların ümidlərini öldürməyin.
Məhkəmə mühakimə orqanıdır, elə mühakimə edin ki, Allahın mühakiməsinə üzü ağ çıxasınız”.
İclasda digər təqsirləndirilən şəxslərin də vəkilləri müdafiə çıxışı ediblər və ittihamların əsassız olduğunu deyiblər. Məhkəmədən müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.
Təqsirləndirilənlər son söz deyəcək
Bununla da vəkillər müdafiə çıxışını bitiriblər. İclas dekabrın 26-da davam edəcək. Həmin gün təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.
Prokuror Elçin Qasimovun 16 il, Ağa Əli Yəhyayevin 16 il, Nahid Qəhrəmanovun 14 il, Ramil Əliyevin 14 il, Elgün Axundovun 14 il, İsa İbrahimovun 14 il, Vüsal Alışın 13 il, Fərhad Muradovun 13 il, Seymur Aslanovun 13 il, Seyfəddin Şirvanovun 13 il, Əli Şahbazovun 13 il, Əmirəli Əliyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Adları çəkilən şəxslərin bir qismi “Müsəlman Birliyi” Hərəkatının üzvüdür. Təşkilatın sədri, ilahiyyatçı Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilmiş əməliyyat zamanı həbs olunub.
Elçin Qasımov isə Nardaran hadisələrindən öncə - noyabrın 5-də tutulub. O, İnzibati Xətalar Məcəlləsinin 310-cu (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə günahlandırılıb və 30 sutka inzibati həbs cəzası alıb. Daha sonra barəsində cinayət işi başlanıb, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Digərləri Cinayət Məcəlləsinin terrorçuluq, kütləvi iğtişaş, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirmə, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaratma, dövlət əleyhinə çağırışlar, milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə, xuliqanlıq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddələri ilə günahlandırırlar.
Onlar ittihamı qəbul etmir və işgəncəyə məruz qaldıqlarını deyirlər.
"Kitabça Tale Bağırzadə tərəfindən hazırlana bilməzdi" - Nardaran işi 2

Oxşar xəbərlər