Karapetyan hökuməti təhvil verdi

Ermənistanın müvəqqəti baş naziri Karen Karapetyan hökuməti təhvil verib.

Ermənistan KİV-nə istinadən verilən məlumata  görə, o, səlahiyyətlərini başa çatdırdığını bildirərək yeni baş nazir Nikol Paşinyanı təbrik edib:

“Bu gündən baş nazir səlahiyyətlərimi yekunlaşdırıram. Çox maraqlı və məsuliyyətli dövr idi. Bütün tənqidçilərə, dəstək olanlara təşəkkürümü bildirirəm. Komandama minnətdaram”.