İstanbulda İsrail Konsulluğu qarşısında atışmada 2 polis yaralanıb, silahlılardan hər 3-ü öldürülüb

Üç silahlı İstanbulda Yapı Kredi Plaza binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarına atəş açıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi “X”də bildirib.

O, hücumu törədən 3 nəfərin zərərsizləşdirildiyini, atışma zamanı iki polisin yüngül yaralandığını açıqlayıb.

Nazir hücumu törədənlərin şəxsiyyətlərinin müəyyən edildiyini də qeyd edib: “İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gələnlərdən birinin dini bir təşkilatla əlaqəli olduğu müəyyən edilib, 2 terrorçu isə qardaş olub, birinin narkotiklə əlaqəsi var”.

Atışma zamanı İsrailin İstanbuldakı Konsulluğunda heç kim olmayıb. Konsulluq təxminən 2 il yarımdan çoxdur fəaliyyət göstərmir və binada diplomatik nümayəndəliyin hər hansı əməkdaşı yoxdur.