İşğal altındakı Şərqi Qüdsdə yaşayan fələstinlilər normal olaraq cümə namazını qılmaq üçün müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidinə gəlirlər. Bununla belə, İsrail ötən həftə olduğu kimi, cümə namazı üçün Məscidül-Əqsaya gəlmək istəyən fələstinlilərə yaş məhdudiyyəti qoyub.
Qüds İslami Vəqflər İdarəsinin bəyanatına əsasən, sionist İsrail qüvvələri 65 yaşdan aşağı kişi və 50 yaşdan aşağı qadınların Hərəmi-Şərifə daxil olmasına icazə vermir. Digər tərəfdən İsrail polisi Şərqi Qüdsün Əl-Əqsa məscidinin də daxil olduğu Köhnə Şəhər ətrafında və giriş qapılarında barrikadalar qurub.
Keçən həftə sionist rejimin tətbiq etdiyi yaş məhdudiyyətinə görə orta hesabla 70 mindən 100 minə qədər insanın cümə namazını qıldığı Məscidül-Əqsada cəmi 5 min fələstinlinin cümə namazını qıla biləcəyi açıqlanıb. Digər tərəfdən, Fələstin Əsirləri Dərnəyinin verdiyi yazılı açıqlamaya görə, işğalçı sionist rejim qüvvələri gecə saatlarında İordan çayının qərb sahilində həbs əməliyyatına başlayıb.
İşğal qüvvələrinin başlatdığı saxlama əməliyyatları səhər saatlarında da davam edib.
İordan çayının qərb sahilinin Ramallah, Hebron, Beytüllahim, Nablus və Tulkərim şəhərlərində aralarında Qanunvericilik Şurasının üzvləri, 2 jurnalist və keçmiş məhbusların da olduğu 80 fələstinli İsrail qüvvələri tərəfindən saxlanılıb. Fələstin Əsirlər Dərnəyindən verilən yazılı açıqlamada, sionist İsrailin Fələstin xalqına qarşı sistemli qisas əməliyyatlarına başladığı 7 oktyabrdan bəri İordan çayının qərb sahilində nəzarətə alınan fələstinlilərin sayının 930-u keçdiyi bildirilib.
İsrail rejimdən yenidən Məscidül-Əqsaya giriş məhdudiyyəti