İsrail qəsəbəsi atəşə tutulub, 5 hərbçi yaralanıb

İsrailin Nirim qəsəbəsi yaxınlığında minaatanlardan açılan atəş nəticəsində 5 hərbçi yaralanıb.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Bildirilib ki, yaralıların üçünün vəziyyəti ağırdır. Onlar hospitala yerləşdirilib.

Qeyd edək ki, İsrailin Nirim qəsəbəsi Qəzza zolağı ilə sərhəddə yerləşir.