İsrail polisi etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib

İsrail polisi Təl-Əvivdə etirazçılara qarşı su şırnaqlarından istifadə edib.

Operativtv.com APA-ya istinadən xəbərinə görə, bu barədə “The Times Of Israel” qəzeti məlumat verib.

Nümayişçilərin magistral yolu bağlamaq cəhdinə hüquq-mühafizə orqanlarının əməkdaşlarının bu şəkildə reaksiya verdiyi qeyd edilir.

Jurnalistlərin məlumatına görə, azı üç nəfər saxlanılıb.