İŞİD Kabildəki hücuma görə məsuliyyəti üzərinə götürüb

Əfqanıstanın paytaxtı Kabildə törədilən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

 Əfqanıstanın paytaxtı Kabildə şiələrin sıx məskunlaşdığı Daşt-e Berçi məhəlləsində törədilən və 1 nəfərin ölümü, 11 nəfərin yaralanması ilə nəticələnən hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Əfqanıstan mediası dünən Kabilin Daşt-e Berçi məhəlləsində güclü partlayışın baş verdiyini yazıb. Yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verən hadisədə bir avtomobil hədəf alınaraq məhv edilib.

 

 

 

Az.rasthaber.com