İraqın baş naziri Məhəmməd Şia Sudani Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Sudani 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Suriyaya səfər edən ilk İraq baş naziri oldu. İraqın baş naziri Məhəmməd Şia Sudani Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Sudani 2011-ci ildə başlayan vətəndaş müharibəsindən sonra Suriyaya səfər edən ilk İraq baş naziri oldu.
2011-ci ildə Suriyada başlayan vətəndaş müharibəsindən sonra İraqdan Suriyaya ilk baş nazir səviyyəsində səfər İraqın baş naziri Məhəmməd Şia Sudani tərəfindən edilib. Rəsmi mərasimlə qarşılanan Sudani Suriyanın paytaxtı Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Görüşdən sonra Sudani və Əsəd birgə mətbuat konfransı keçirib. İraq Baş nazirinin Xarici Əlaqələr üzrə müşaviri Fərhad Alaaldin bildirib ki, Sudani və Əsəd amfetamin kimi narkotik maddə olan kaptaqon qaçaqmalçılığı, Aralıq dənizində Kərkük-Bənyas neft kəmərinin yenidən açılması üçün iqtisadi əməkdaşlıq və İŞİD-lə mübarizəni müzakirə ediblər.
Mətbuat konfransında çıxış edən Əsəd iki ölkə arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayaraq, hər iki ölkənin bir-birinə təklif etdiyi dəstəyin əhəmiyyətini vurğulayıb.
İraqın təklif etdiyi ən dəyərli şeyləri təqdim etdiyini və iki ölkənin terrora qarşı ortaq tərəfdə olduğunu qeyd edən Əsəd, “İraq terrorla mübarizəmizdə Suriyanın tərəfini tutdu və uydurulmuş bütün bəhanələri rədd etdi.” Xüsusilə beynəlxalq şərtlər və ortaq problemlər fonunda ikitərəfli münasibətləri gücləndirmək üçün səfərinin əhəmiyyətini vurğulayan Əsəd, “Qarşıdakı dövrdə hər iki ölkəyə fayda verəcək və Suriyaya iqtisadi embarqonu yüngülləşdirəcək iqtisadi əlaqələri müzakirə edəcəyik. Bizim üçün İraqın nəcib ərəb kimliyi həmişə aşkar olaraq qalacaq, İraq xalqına daha çox firavanlıq və inkişaf arzulayıram” - deyə o bildirib.
“İraqın təhlükəsizliyi Suriyanın təhlükəsizliyi deməkdir”
Sudani isə hər iki ölkədəki etimad və sabitlik sayəsində ortaq problemlərə qarşı birgə koordinasiyanın təmin edildiyini ifadə edərək, “İraqın Suriyanın bütövlüyünə dəstəyi davam edir və bu mövzuda mövqeyimiz qətidir. “İraqın təhlükəsizliyi Suriyanın təhlükəsizliyi deməkdir. Sudani həmçinin, “İraq Suriyanın inkişafını dəstəkləyən ölkələrlə işləyir və bu, İraqın xeyrinədir. Biz Suriyanı heç vaxt tək qoymayacağıq” söyləyib.
İraqdan 12 il sonra Suriyaya ilk səfər