İraqda ABŞ-ın hərbi logistika karvanına hücum

Babil əyalətində ABŞ qüvvələrinin logistika karvanı yola qoyulmuş bombanın hədəfi olub. Yerli mənbələr bu səhər (bazar günü) İraqda ABŞ ordusunun logistika karvanına qarşı əməliyyat keçirildiyini açıqlayıb.

Saberin News Telegram kanalı yazıb: “ABŞ qüvvələrinin Babil əyalətinə hücum edən logistika karvanı yol bombası ilə hədəfə alınıb. Bu hücumdan sonra mümkün itkilər və Amerika konvoyuna dəyən zərərin miqdarı ilə bağlı təfərrüatlar hələlik açıqlanmayıb”.

İraq Parlamenti xarici qoşunların bu ölkədən çıxarılmasını təsdiqlədikdən və Bağdad bunun icrasını gecikdirdikdən sonra Amerika koalisiyasına bağlı logistika karvanları həftədə bir dəfə, bəzən isə gündə bir neçə dəfə yol kənarındakı bombalarla hədəfə alınır.

Amerika karvanları ya cənubdan Küveyt sərhədindən, ya da şimal-qərbdən Neynəva əyalətindəki qeyri-qanuni əl-Valid qapısından İraqda yerləşən Amerika əsgərlərinə lazım olan ləvazimatları daşımaqla İraqa daxil olur. Bu hücumların və yol kənarındakı partlayışların qarşısını almaq üçün ABŞ koalisiyası öz avadanlıqlarını daşımaq üçün yerli İraq şirkətlərindən kömək istəyir.

İraqlı qruplar vurğulayırlar ki, İraq hökuməti bu ölkənin parlamentinin təsdiq etdiyi xarici qüvvələrin İraqdan çıxarılması qərarını icra etməlidir.

İraq parlamenti Qasım Süleymani və Əbu Mehdi Mühəndisin öldürülməsindən sonra xarici qüvvələrin İrandan çıxarılması planını təsdiqləyib.