İran İslam Respublikasının Bakıdakı səfirliyi İsveç və Danimarkada Qurani-Kərimin təhqir olunmasına cavab olaraq, bu təhqiramiz hərəkəti nifrət və dini zorakılığı təşviq etmək, sülh və dinc yanaşı yaşayışı təhlükə altına atmaq və ifadə azadlığından kobud şəkildə sui-istifadə adlandırıb.
Ötən cümə axşamı İraq əsilli İsveç vətəndaşının Qurani-Kərimi ikinci dəfə təhqir etməsindən sonra Danimarkada ifrat sağçı qrup cümə günü İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimin bir nüsxəsini yandırıb.
İsveçdə və Danimarkada Qurani-Kərimə qarşı hörmətsizlik İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin reaksiyasına səbəb olub.
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi bununla bağlı bir bəyanat yayaraq, bu iyrənc hərəkəti nifrət və dini zorakılığı təşviq etmək, beynəlxalq sülh və dinc yanaşı yaşamanı təhlükə altına atmaq və ifadə azadlığından açıq şəkildə sui-istifadə adlandırıb.
Səfrilik müsəlman və qeyri-müsəlman ölkələrinin Bakıdakı səfirliklərini bu cür təhqiramiz və təhlükəli əməlləri pisləmək üçün koordinasiyalı və vahid kampaniyada işləməyə çağırıb.
Bəyanatda deyilir: "Biz dünyanın hər yerindən bütün müsəlmanlar və digər səmavi dinlərin sivil, sülhsevər və azadə ardıcılları ilə birlikdə İsveç və Danimarkada iki milyarda yaxın müsəlmanın Müqəddəs Kitabına hörmətsizlik edilməsini qətiyyətlə pisləyir və bu iyrənc əməlləri nifrət və zorakılığı təşviq etmək, beynəlxalq sülhə və dinc yanaşı yaşayışa təhlükə yaratmaq və ifadə azadlığının kobud şəkildə pozulmasına xidmət edən bir vasitə hesab edirik".
Bəyanatda əlavə edilib: "İran səfirliyi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu iyrənc əməli kəskin şəkildə pisləməsi ilə bağlı fəaliyyətini yüksək qiymətləndirir və buna görə də müsəlman və qeyri-müsəlman ölkələrinin Bakıdakı səfirliklərindən bu ölkələrin hökumətinin və polisinin dəstəyi ilə təkrarlanan bu cür təhqiramiz və təhlükəli əməlləri dərhal pisləmək üçün koordinasiyalı və vahid kampaniyada işləməyi xahiş edir".
İranın Bakıdakı səfirliyi: Qurani-Kərimi təhqir etmək nifrət yaymaq və ifadə azadlığının açıq şəkildə pozulmasıdır