İngiltərədə müsəlman şəxsin yandırılmasına İranın reaksiyası

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İngiltərənin Birmingem şəhərində yaşlı müsəlmanın yandırılmasını sarsıdıcı və dəhşətli adlandırıb və bildirib ki, bu vəhşi hərəkəti təfərrüatlı və ətraflı şəkildə araşdırmaq Britaniya hökumətinin  məsuliyyətidir.

Kənani yaşlı müsəlmanın yandırılmasına Twitter hesabından yazdığı mesajla reaksiya verib və deyib: “Yaşlı bir müsəlmanın məsciddən çıxarkən küçədə, ictimai yerlərdə yandırılması şok edicidir. İngiltərənin Birmingem şəhərində və bu dəhşət yaşanıb.

Qərbdə sistemli anti-islamizm və islamafobiya açıq şəkildə nifrət və zorakılıqla nəticələnir. Bu barbar hərəkəti araşdırmaq və onun nəticələrini izah etmək Britaniya hökumətinin bilavasitə məsuliyyətidir. Təbii ki, Britaniya polisində institusional irqçiliklə bağlı son xəbərlər inandırıcı və düşündürücü deyil.”