Şəriət qanunlarının tətbiq olunduğu qapalı icma yaratmaq üçün Şotlandiyada bütöv bir adanı almaq üçün qollarını çırmayıb. Artıq 3 milyon funt sterlinqdən artıq pul yığan radikal saxta islamçı qrup rəhbəri Argildəki Torsa adasını almaq üçün danışıqların aparıldığını bildirib.
“The Daily Mail” yazır ki, əl-Həbib Torsanı almaqda kömək üçün ianələr istədiyi videoda deyir ki, Britaniya hökuməti ilə danışıqlar aparacaq, “bütün dünyadan” müsəlmanların yeni “vətəndə” yaşamasına icazə verməsini istəyəcək.
Torsa adasının eni təxminən 800 metr, uzunluğu 2 km-dir. Savills bildirir ki, ərazidə üç yataq otağı olan mülk tətil məkanı kimi istifadə olunur.
Təxminən 109 hektar ərazidə yerləşən Torsa adası Savills şirkəti tərəfindən azı 1.5 milyon funt sterlinqə satışa çıxarılıb.
Londonda yaşayan İslam dünyasında fitnə yaymaqla məşğul olan Şeyx Yasir əl-Həbib özünü şiə olaraq təqdim etsə də, bütün şiə dünyası tərəfindən rədd olunan şəxsdir. O, Mehdinin Xidmətçiləri İttifaqının təsisçisi, hərbi təlim düşərgələri və Saus Bukinqhemşirdə Fulmer kəndindən Fadak TV-ni idarəçisidir.
Zamanla Şiə müctəhidlərinə qarşı alçaldıcı çıxışlarla mövqey nümayiş etdirən Əl-Həbib ölkəsi Küveytdə dini baxışlarına görə həbslə üzləşmişib. Həbsdən azad olan kimi Böyük Britaniyada sığınacaq alaraq artıq 20 ildir ki, bu ölkənin vətəndaşıdır.
Onun təsis etdiyi Fadak TV müxtəlif vaxtlarda cinayətkarlıq və itaətsizliyi qızışdırmağa görə araşdırmalara məruz qalıb. Rəsmi tənzimləyici orqanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, əl-Həbib öz mühazirələrini yaymaqda davam edir, bununla da həm Britaniyada, həm də xaricdə sünni və şiə məzhəbindən olanlara qarşı nifrət və zorakılığı qızışdırır.
İndiyədək bu qruplaşma dini əsaslarla çoxsaylı xarici səfirliklərə hücum edib. 2022-ci ilin avqustunda Azərbaycanın Londondakı səfirliyi, üç ay öncə isə Səudiyyə Ərəbistanının səfirliyi belə hücumlara məruz qalıb.
Azərbaycanın Xarici İşlər Nazirliyi həmin hücumun “radikal dini qrup üzvləri” tərəfindən gerçəkləşdirildiyini bildirib. Britaniyanın Azərbaycandakı səfirliyi isə “etirazçıların hərəkətlərini pisləyib”.
İfratçı Şeyx Yasir Həbib Şotlandiyada ada alaraq tərəfdarlarını ora toplayır