İdmançımız Çexiyada gümüş medal qazandı

Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində keçirilən Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, idmançı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda uzunluğa tullanma növündə 7.51 metr nəticə göstərib.

O, yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.