Saleh Rüstəmov “bandotdel”dən istintaq təcridxanasına köçürüldü

Gədəbəyin keçmiş icra başçısı, mayın 8-də həbs olunan və o vaxtdan Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“bandotdel”) saxlanılan Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli bu gün Bakı İstintaq Təcridxanasına köçürülüb.

Bu barədə azadliq.info-ya onların ailələrindən bildirilib. Ailələrinə onların özləri Kürdəxanıdakı təcridxanadan zəng vuraraq məlumat veriblər.

“Bandotdel”də onların işgəncəyə məruz qaldığına dair şübhələr var. Onların həmin idarədə vəkillərlə görüşünə imkan verilməyib.