Bu gün Nəsimi Rayon Məhkəməsi Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmovun barəsində həbs qətimkan tədbirinin uzadılmasına dair istintaq orqanının təqdimatını təmin edib. Bu barədə Turan-a onun qardaşı Taleh Rüstəmov məlumat verib.
Onun sözlərinə görə, S.Rüstəmova və onun qardaşı oğlu Vidadi Rüstəmliyə əvvəlkitək qohumları ilə görüşə və telefonla danışmağa imkan verilmir.
Avqustun 31-də məhkəmə V.Rüstəmlinin barəsində həbs qətimkan tədbirinin daha üç ay uzadılması barədə qərar çıxarıb.
S.Rüstəmovun vəkili Bəhruz Bayramov Turan-a bildirib ki, məhkəmə zamanı müttəhim həbs müddətinin uzadılması ilə razılaşmayıb və bildirib ki, özünü müqəssir saymır.
Müdafiə tərəfi S.Rüstəmovun və qohumlarının hüquqlarının pozulmasından şikayət hazırlayır.
Qohumlarının sözlərinə görə, S.Rüstəmov və V.Rüstəmli may ayında narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs olunublar.
Lakin mayın 26-da Azərbaycan Baş Prokurorluğu S.Rüstəmovun və V.Rüstəmlinin AXCP fəalı Aqil Məhərrəmov, Ruslan Nəsirli və Babək Həsənovla birlikdə AXCP-nin "qanunsuz maliyyələşdirilməsi" işi üzrə həbs olunduğunu bildirib.
Həbs olunanlara qanunsuz sahibkarlıq, cinayətkar yolla əldə edilmiş pulların yuyulması və s. ittihamlar irəli sürülüb.
AXCP qanunsuz maliyyə əldə etməsi barədə ittihamları rədd edib.
Hüquq müdafiəçiləri bu iş üzrə həbs olunanları siyasi məhbus kimi tanıyıblar.
Saleh Rüstəmovun həbs müddəti uzadılıb

Oxşar xəbərlər