İslam İnqilabı Liderinin Beynəlxalq Əlaqələr üzrə Müşaviri Ali Əkbər Vilayəti, İraq siyasətçisi Nuri əl-Malikiylə telefon danışığında son təxribatlara toxunaraq, ABŞ-a qarşı mübarizənin fasiləsiz davam edəcəyini bildirib.
Viləyəti, Koordinasiya Çərçivəsinin (Al-Atar al-Tansiqi) aparıcı simalarından olan Nuri əl-Malikiylə keçirdiyi görüşdə, İran-İraq əlaqələri və regional, beynəlxalq inkişafları müzakirə edib.
Vilayəti, İraq xalqının son parlament seçkilərindəki uğurunu təbrik edərək, “Sizin kimi böyük şəxsiyyətlərin rəhbərliyi altında əldə olunan bu uğur, İraqın regionda və dünyada mövqeyini gücləndirmişdir” deyib.
İranın son inkişaflarına və İslam İnqilabı Liderinin bu mövzudakı mövqeyinə toxunan Vilayəti bunları söylədi: “Liderimiz, ABŞ-ın İran milləti qarşısındakı bu məğlubiyyətini, 12 günlük müharibədə alınan məğlubiyyətlərin davamı olaraq qiymətləndirdi. Düşmən bu təxribatı böyük hazırlıqlarla təşkil etdi, lakin İran milləti bunu boşa çıxardı. Lakin bu, yetərli deyil; ABŞ etdiklərinin hesabını verməlidir. Liderimizin dediyi kimi, İran milləti necə ki fitnənin belini qırdısa, fitnəçinin də belini qırmalıdır.”
Vilayəti, mübarizənin yalnız İranla məhdudlaşmadığını vurğulayaraq: “Bu hadisə yalnız İran’a qarşı deyil, bütün regiona qarşı bir təxribat idi. Allahın izni ilə İran, İraq, Lübnan Hizbullahı, Fələstin və Yəmən Ənsarullahı bütün müstəqil qüvvələrə, xüsusilə də Siyonistlərə qarşı çiyin-çiyinə duracaqdır,” deyib. Həmçinin İraq xalqının və dövlətinin, ABŞ və NATO qüvvələrini ölkədən çıxarma qərarlılığını dəstəklədiklərini ifadə edib.
Nuri əl-Maliki isə Vələyətinin fikirlərinə təşəkkür edərək: “İnşallah nə İraqda, nə də İranda heç bir qarışıqlıq və təxribat qalıcı olmayacaqdır. Çünki İranda yaşanan hər hadisə, İraq və bütün region üzərində birbaşa təsirə malikdir” qiymətləndirməsini etdi.
Fitnəkarın beli qırılmalıdır