Müğənni Kərim Abbasov Nardaran Pirinə (Rəhimə xanım ziyarətgahı) buraxmayıb. Bu haqda sənətçi sosial şəbəkədə özü məlumat yayaraq paylaşım edib. O bildirib ki, ailəsi ilə birlikdə ziyarətə gedib, polis onu ziyarətgaha buraxmayıb:
"Ailəmlə ziyarət edə bilmədim. Orada polis bizə yaxınladı ki, ziyarətgaha girə bilməzsiniz. Səbəb odur ki, şəhərdən gələnlərə içəri keçməyə icazə yoxdur. Eyni ölkədə yaşamırıq? Niyə şəhərdən gələn adam ziyarət edə bilməz? Biz adam, müsəlman deyilik? Bu nə qaydadır, qanundur? Şəxsiyət vəsiqəsində Nardaran qeyd olunmadan ziyarət etmək mümkün deyil".
Məsələ on ilə yaxın bir zamanı ötməsinə baxmayaraq Nardaranda hələ də mövcud olan polis postları və ziyarətgaha giriş-çıxışa nəzarət edən polis işçilərinin qadağasını növbəti dəfə gündəmə gətirib.
Azərbaycan xalqı inanclı xalqdır və ziyarətgahlar hər kəsin ixtiyarında olmalı ümumi məkanlardır. Bəs görəsən niyə görə kənd sakinləri istisna olmaqla (hansı ki, onlar da bir neçə il qadağalara məruz qalaraq ziyarətgaha buraxılmayıblar) digər inanclılar üçün ziyarətgah qadağalıdır?
Məsələnin kəndin blokadada qalması ilə bağlı birbaşa əlaqəsi yenə də Nardaranda sahil boyu uzanan See Breeaze istirahət mərkəzinin üzərinə fokslanır. Hakimiyyətin kazinoları belə ərazisinə çəkdiyi Nardaran kəndi dini inanclı bir məkandır və bu düşüncəni xalqın yaddaşından silməklə buranı-Nardaranı əyləncə, kazino şəhərciyinə çevirmək, ərazidə həm postların qorunması, həm də ziyarətgaha girişi qadağa statusunda qüvvədə saxlayır.
Eyni halda milli dəyərlərin alt-üst edildiyi əyləncə mərkəzi olan See Breeaze-də yaş həddi, düşüncə və sinif fərqi gözlənilmədən hər kəsin rahatlıqla qatıldığı konsertlərdən fərqli olaraq Nardaranda ziyarətgah planlı olaraq inanclılar üçün qapalı olaraq qalması bu məsələnin təsadüf deyil, planlı icrasından xəbər verir.
Müğənninin Nardaran Pirinə buraxılmaması qəsəbədəki qadağaya növbəti dəfə diqqət çəkdi