Daha bir inanclı saxlanılıb

Sosial media üzərindən paylaşım edən “Məhbus Məktubu” səhifəsi daha bir inanclının saxlanılması haqqında məlumat paylaşıb. Məlumatda bildirilir ki, Əsgərov MəhəmmədƏli Səbuhi oğlu iyulun 28-də saxlanılıb. Lənkəran şəhər sakini olan inanclının narkotik ittihamı ilə şərlənərək həbs edildiyi qeyd edilib.

Həmçinin bildirilib ki, MəhəmmədƏli Əsgərov hal-hazırda məhbus həyatı yaşayan Səbuhi Əsgərovun oğludur və hər iki şəxs inanclıdır.

Xatırladaq ki, Azərbaycanda inanclıların kütləvi həbsləri 2022-ci ilin sonlarında genişlənib. Hüquq müdafiəçiləri, vəkillərin bildirdiyinə görə günahsız şərlənən inanclıların sayı yüzlərlədir. Heç təsadüfi deyil ki, hər il yenilənən siyasi məhbus siyasının antirekordunu inanclılar “qoruyur”.