Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya nəql olunmağa başlayıb

Kilisdə bu münasibətlə mərasim keçirilib. Mərasimində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir və Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti iştirak ediblər.
Suriyaya qazın nəql olunması Türkiyə və Azərbaycan arasında imzalanmış svop müqaviləsi çərçivəsində həyata keçirilir, maliyyəni isə Qətər qarşılayır.
Qaz Suriyada əsasən elektrik enerjisi istehsalında istifadə olunacaq və məqsəd elektrik verilişini gündəlik 3–4 saatdan 10 saata çatdırmaqdır.