İsrail vandallığı davam edir; Qəzzada aclıqdan ölənlərin sayı 162-yə çatıb

Dünyanın gözü önündə və hər kəsə demokratiya nağılları danışan Amerikanın dəstəyi ilə İsrailin Qəzzadakı müharibə cinayətləri durmadan can almağa davam edir. Qəzza zolağında son 24 saatda aclıq və qida çatışmazlığından ikisi uşaq olmaqla 3 nəfər ölüb və bununla da bu səbəbdən ölənlərin ümumi sayının 162-yə çatıb.

Bununla bağlı Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.

"Beləliklə, acından ölənlərin sayı 92-si uşaq olmaqla 162-yə çatıb. Səhiyyə Nazirliyi olaraq, Qəzza zolağında blokada, ərzaq və tibbi ləvazimat çatışmazlığı səbəbindən humanitar böhranın daha da ağırlaşdığını vurğulayır, beynəlxalq ictimaiyyəti və yardım təşkilatlarını təcili müdaxilə etməyə çağırışımızı təkrar edirik", - məlumatda deyilir.