İsrailin Qəzza zolağına zərbəsi nəticəsində Qızıl Aypara Cəmiyyətinin əməkdaşı həlak olub

Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) əməkdaşı İsrailin Xan Yunisdə təşkilatın qərargahına endirdiyi hava zərbəsi nəticəsində həlak olub, daha üç nəfər yaralanıb.

Bu barədə təşkilat “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verib.