Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının pezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşərək ikitərəfli münasibətlərin inkişafı və regional sülh məsələlərini müzakirə ediblər.
Onlar avqustun 31-də ŞƏT sammiti çərçivəsində görüşüblər.
Görüşdə Bakı - Tehran münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.
Pezeşkiyan İranla Azərbaycan arasında iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün geniş imkanların olduğunu bildirib.
Regional ölkələrin həmrəyliyinin və əməkdaşlığının çətin dövrlərdə xüsusi əhəmiyyət daşıdığını vurğulayan prezident Pezeşkian Azərbaycanın İranla bağlı müsbət mövqeyini və əməkdaşlığını yüksək qiymətləndirib.
Pezeşkiyan xarici təzyiq, sanksiya və iqtisadi mühasirəyə baxmayaraq, İranın regional əməkdaşlığa önəm verdiyini deyib.
Onun sözlərinə görə, xalqların iradəsi böyük güclərin təzyiqi ilə müəyyənləşdirilməməlidir.
Pezeşkian regional təhlükəsizlik və davamlı sülhün məhz region ölkələrinin əməkdaşlığı və dialoqu ilə təmin edilə biləcəyini bildirib.
İlham Əliyev isə Azərbaycan xalqının İran xalqına dəstəyini və həmrəyliyini ifadə edərək, iki ölkə və xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Əliyev həmçinin Azərbaycanın İranla münasibətlərə xüsusi önəm verdiyini və əlaqələrin inkişafını ortaq maraqlara uyğun hesab etdiyini bildirib.
O, Bakı ilə Tehran arasında ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını deyib.
Tərəflər mövcud potensialdan daha səmərəli istifadə olunmasının vacibliyini qeyd ediblər.
Görüşdə həmçinin müntəzəm məsləhətləşmələrin və konstruktiv dialoqun davam etdirilməsi barədə razılıq ifadə olunub.
Pezeşkian və Əliyev ikitərəfli əməkdaşlığın və regional qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Bakı və Tehran əməkdaşlığı genişləndirməkdə qərarlıdır