BRİKS-in Kazan sammitindən sonra Fələstin bu quruma qoşulmaq üçün sorğu göndərə bilər.
Bu barədə Fələstinin Moskvadakı səfiri Əbdül-Hadiz Nofəl bildirib.
“Biz sammitdə ilk iştirakımızdan sonra bu birliyə üzv olmaq üçün sorğu göndərəcəyik”, – deyə o qeyd edib.
Səfirin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin fələstinli həmkarı Mahmud Abbasa söz verib ki, BRİKS sammiti çərçivəsində tam şəkildə Fələstin həsr edilmiş sessiya da olacaq.
Nofəl sammitdən müsbət gözləntilərinin olduğunu deyib.
Xatırladaq ki, daha öncə Fələstin səfiri demişdi ki, Putin Abbası Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.
Fələstin də BRİKS-ə qoşula bilər