Çempionlar Liqasında ən çox driblinq edən futbolçu bəlli oldu

İtaliyanın “Napoli” klubunun futbolçusu Xviça Kvaratsxeliya uğurlu driblinqlərin sayına görə Çempionlar Liqasının qrup mərhələsində birinci olub.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, gürcüstanlı yarımmüdafiəçinin qrup oyunlarındakı 46 cəhdi dəqiq alınıb. 22 yaşlı oyunçu Fransanın PSJ komandasında çıxış edən Kilian Mbappeni cəmi 2 driblinq ilə qabaqlayıb.

İlk üçlüyü İtaliyanın “Milan” klubunun portuqaliyalı hücumçusu Rafael Leau (36 driblinq) tamamlayıb.

Qeyd edək ki, 80 milyon avro qiyməti olan Xviça Kvaratsxeliya İtaliya A Seriyasının ən bahalı dördüncü oyunçusudur.