01 September 2026

İsrailin keçmiş başçısından etiraf: İsrail soyqırımçı, körpə qatili kimi tanınır

Dünyada, həmçinin amerikalı tələbələr arasında İsrail dedikdə ağla “soyqırımı” sözü gəlir.

Bu barədə İsrailin keçmiş baş naziri Naftali Bennett etiraf edib.

O deyib ki, İsrail dövlətinin qurulduğu tarixdən bəri artıq ilk dəfədir ki, ABŞ ictimaiyyəti arasında da İsrail “mənfi brendə” çevrilib.

“Amerikalı tələbələrdən ‘İsrail dedikdə ağlınıza nə gəlir?’ deyə soruşsanız, ‘soyqırımı’ deyirlər. Vəziyyət belədir”, – o bildirib.

Rusiya ordusu Kiyevdə "Flamingo" raketləri istehsal edən müəssisəni vurub

Rusiya ordusu Ukraynanın Odessa şəhərində enerji obyektlərinə zərbə endirib.

Nəticədə istilik elektrik stansiyası və üç elektrik yarımstansiyası zədələnib.

Bundan əlavə, Odessa limanında Ukrayna Silahlı Qüvvələrinin silah və hərbi texnikası üçün 16 saxlama yeri və altı yanacaq-sürtkü çəni zədələnib.

Bildirilib ki, Kiyevdə "Flamingo" raket komponentləri istehsal edən "Fire Point" zavodu da hədəf alınıb.

Bakı və Tehran əməkdaşlığı genişləndirməkdə qərarlıdır

Azərbaycan prezidenti İlham Əliyev və İran İslam Respublikasının pezidenti Məsud Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşərək ikitərəfli münasibətlərin inkişafı və regional sülh məsələlərini müzakirə ediblər.

Onlar avqustun 31-də ŞƏT sammiti çərçivəsində görüşüblər.

Görüşdə Bakı - Tehran münasibətlərinin hazırkı vəziyyəti və əməkdaşlığın genişləndirilməsi yolları müzakirə olunub.