"Şəfa-2" komandasına texniki məğlubiyyət verildi
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən "Şəfa-2" komandasına texniki məğlubiyyət verib.
Buna I turun "Zirə-2" ilə matçında yaşanan hal səbəb olub.
Qarşılaşmanın 73-cü dəqiqəsində "Şəfa-2" komandasının heyətində adı protokolda olmayan futbolçu Murad Fərzəliyev meydana çıxıb.
Bu səbəbdən texniki məğlubiyyətlə (0:3) cəzalanadırılan komanda həmçinin 500 manat cərimə ödəməli olacaq













