23 July 2026

Siyasi məhbuslar ictimayyətə çağırış ediblər: “Susmayın”

Yüzədək siyasi məhbusun dəstəklədiyi bəyanatda ziyalıların, bütövlükdə ölkə ictimaiyyətinin Azərbaycanda yaşanan hüquqsuzluq və ədalətsizliklərə biganə qalmamağa çağırış edilib:

“Azərbaycandakı avtoritar rejim insan hüquqlarını, eyni zamanda siyasi, mədəni və iqtisadi azadlıqları hər gün məhdudlaşdıraraq repressiv siyasətini sərtləşdirir. Xalqın iradəsindən kənar formalaşdırılan saxta parlament vasitəsilə qanunvericiliyi mürtəceləşdirərək repressiv metodlarını legitimləşdirməyə çalışır.

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Buna "Neftçi"nin ötən gün Bakıda keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Belarusun "Dinamo" (Minsk) komandasına uduzması səbəb olub.

Azərbaycan 20,312 əmsalla hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Prokuror Əli Kərimlinin mühafizəçisinə 10 il həbs cəzası istəyib

İyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Kənan Zeynalovun (Basqal) işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Kənan Zeynalovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Bircə fakt Türkiyə ilə İran arasında yeni bir “Çaldıran savaşı” salmaq planını puça çıxardı

ABŞ-İsrail ittifaqının Türkiyə və İran arasında nifaq salmaq, məzhəbçi düşüncəni yenidən coğrafiyamıza daşımaq və körükləməklə bu iki müsəlman ölkəni üz-üzə gətirmək cəhdləri alınmır.

Şübhəsiz ki, bu işdə həm Türkiyə, həm də İran rəhbərliyinin soyuqqanlı davranışları və kritik məqamlarda bir-birini qoruyacaq açıqlamaları çox önəmli rol oynayır.

Bakıda "Gizli Zirvə" böhranı! Əliyevin reaksiyası: "Torpaqlarımızdan xəbərimiz olmadan istifadə etdilər!"

Ukrayna müharibəsində zahirən toqquşan Almaniya və Rusiyanın qapalı qapılar arxasında apardığı gizli diplomatiya üzə çıxıb.

Ukrayna müharibəsində bir-birinə sanksiyalar tətbiq edən Almaniya və Rusiyanın Bakıda "arxa qapı" diplomatiyası apardıqları ortaya çıxıb. Prezident İlham Əliyev tərəfindən şəxsən elan edilən və Almaniya kansleri Merts tərəfindən "Xəbərim yox idi" ifadəsi ilə rədd edilən gizli görüşlər qlobal sistemin çirkli ittifaqlarını bir daha üzə çıxardı.

Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər

Yəmənin “Ənsarullah” hərəkatının üzvləri Səudiyyə Ərəbistanının dəniz blokadasını pozmasına cavab olaraq iki tankeri vurduqlarını açıqlayıblar.

Bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb.

"Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə Silahlı Qüvvələr tərəfindən tətbiq edilən blokadanı pozan Səudiyyə Ərəbistanının iki neft gəmisinə zərbə endirmək üçün əməliyyat keçirib. Gəmilərdən birinin adı ENCELIA, digərinin adı isə LAYLA idi", -açıqlamada deyilir.

"Neftçi" Belarus klubuna uduzdu

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Azərbaycanın “Neftçi” və Belarusun “Dinamo” komandaları arasında ilk oyun başa çatıb.

“Palms Sports Arena”da keçirilən görüş rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Meydan sahiblərinin qollarını Emin Mahmudov və öz qapısına avtoqol vuran oyunçu Aleksandr Selyava rəsmiləşdirib.

Bab-əl Məndəbdə münaqişə neft bazarında şok yaratdı

Ənsarullah hərəkatının Qırmızı dənizdə mühüm keçid olan Bab-əl Məndəb boğazında Səudiyyə Ərəbistanının tankerlərini vurması dünya neft bazarında ciddi təşvişə səbəb olub.

Londonun ICE birjasında Brent nefti 3 dollardan çox bahalaşaraq 96 dolları, Nyu-Yorkun NYMEX birjasında WTI neftinin qiyməti isə 2 dollar artmaqla 89 dolları keçib.

ABŞ İran-İraq sərhədini bombalayıb, Ərbəin zəvvarları arasında narahatlıq yaşanıb

ABŞ Ordusu bu gecə və səhərə yaxın İranın bir neçə əyalətini bombalayıb. Ən kritik hücum İran-İraq sərhədi olan Şələmçənin bombalanması olub.

İran rəsmi mənbələrinin açıqlamasına görə, hücum zamanı 2 nəfər həyatını itirib, 11 nəfər isə yaralanıb. Bu ərazi Kərbəlaya, Ərbəinə gedən zəvvarların kütləvi keçid etdiyi sərhəd keçid məntəqələrindən biridir. Amerikanın dinc zəvvarları belə hədəfə alması onun davranışlarının məkrli və qeyri-insanı olmasına növbəti sübutdur.

SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurub

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki Əli əl-Salim hava bazasında böyük bir hərbi texnika anbarına, “Patriot” HHM sisteminə və MQ9 PUA-larının anqarına hücum edərək onları məhv etdiyini açıqlayıb.

Bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumatda o cümlədən əl-Adiri bazasındakı kazarmanın, iki vertolyot anqarının və telekommunikasiya qülləsinin vurulduğu bildirilir.

Cəmil Həsənli: ““Əkinçi” qəzeti milli tərəqqinin yolunu azadlıqda görürdü: rəiyyətin padşahdan, arvadın kişidən, uşağın atadan, şagirdin ustadan azadlığında”

Cəmil Həsənli: ““Əkinçi” qəzeti milli tərəqqinin yolunu azadlıqda görürdü: rəiyyətin padşahdan, arvadın kişidən, uşağın atadan, şagirdin ustadan azadlığında”

Həsən bəy Məlikov-Zərdabi mətbuat vasitəsi ilə ailə quran ilk azərbaycanlıdır. O, 1865-ci ildə Moskva Universitetini bitirən ilk azərbaycanlılardan biri idi və ailə qurmağa savadlı müsəlman qızı axtarırdı.