06 July 2026

Meksika - İngiltərə matçında 5 qol vuruldu

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında 1/8 finalın daha bir oyunu keçirilib.

İngiltərə millisi Meksika ilə qarşılaşıb. Mexiko stadionunda reallaşan görüş İngiltərə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. İngiltərə yığmasında Cud Bellinqem və Harri Keyn fərqləniblər. Şimali Amerika təmsilçisinin heyətində isə Xulian Kinyones və Raul Ximenez dəqiq zərbə müəllifi olublar.

HƏMAS Qəzzada idarəetmə orqanını ləğv edib, səlahiyyətlər texnokratlardan ibarət komitəyə verilir

HƏMAS Qəzza zolağını idarə edən qurumun fəaliyyətinə son qoyduğunu açıqlayıb.

“Al Jazeera“nın xəbərinə görə, Qəzzada HƏMAS-ın Fövqəladə Hallar Komitəsinin rəhbəri Məhəmməd Əbdül Xaliq əl-Fərra rəsmi olaraq istefa verib, komitə isə buraxılıb.

Medvedevdən ABŞ-yə sərt xəbərdarlıq: “İradənizi dünyaya diktə edə bilməzsiniz”

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ-nin digər dövlətlərə öz iradəsini qəbul etdirmək hüququ olmadığını bəyan edib.

Medvedev ABŞ-nin yaranmasının 250 illiyi münasibətilə etdiyi paylaşımda ölkəsinin dünya üçün nə nümunə, nə də mütləq güc mərkəzi olduğunu bildirib.

O qeyd edib ki, dünyanın əksər dövlətləri ABŞ-nin başqa ölkələrin əvəzinə qərar vermək hüququna malik olmadığı qənaətini bölüşür.

“Meydan TV işi”: “5 milyonluq qaçaqmalçılıqda ittiham olunanlar ev dustaqlığına buraxılır, amma jurnalistlər həbsdə saxlanılır”

“Meydan TV işi” üzrə məhkəmə prosesi yeni hakimlər kollegiyası və yeni prokurorla davam etdirilib.

İyulun 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda jurnalistlərin ev dustaqlığına buraxılması, bəzi tibbi müayinələrin təmin olunması və ayrı-ayrı prosessual məsələlərlə bağlı vəsatətlər qaldırılsa da, əsas vəsatətlər təmin edilməyib.

Ankarada NATO Zirvə toplantısında Ərbakanın illər əvvəl "İslama qarşı Səlib yürüşü ordusu" haqqında dediyi sözlər yenidən gündəmə gəldi

Biz, Milli Gazete olaraq, illərdir dünyanı sülh və demokratiya haqqında yalanlarla aldadan, lakin ayaq basdığı ​​hər bölgəyə qan, göz yaşı və işğal gətirən bu pis şəbəkənin əsl üzünə bir daha qışqırırıq: “NATO qlobal istismar sisteminin qoruyucu qalxanıdır! Ankaradakı bu fəaliyyət qarşısında sevimli millətimizə və bütün İslam dünyasına əsl reallığı xatırlatmaq Milli Görüşün tarixi missiyasıdır. İllər əvvəl təhlükəni qabaqcadan görən və ümməti qlobal sionizmin bu hərbi qanadına qarşı xəbərdar edən Milli Görüşün Lideri Prof. Dr.

İranın Şəhid dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimində Trampın ölümünə çağırışlar səsləndi

Bazar günü İranın Şəhid dini lideri Ayətullah Əli Xameneinin dəfn mərasimində ABŞ prezidenti Donald Trampın ölümünə çağırışlar edilib. Dəfn mərasimində cənazə namazı qılınmazdan əvvəl çıxış edən yas mərasimində iştirak edən Məhəmməd Rəsuli: "Niyə imamımı, liderimi öldürən şəxsi öldürməməliyik?" deyə sual edib.

Tehranda Ayətullah Xamenei ilə vida mərasimi başa çatdı

Tehranda Şəhid Ayətullah Seyid Əli Xamenei və ailə üzvləri ilə keçirilən vida mərasimi iki günlük kütləvi iştirakın ardından başa çatıb.

Mərasim İmam Xomeyni Müsəlla məscidində təşkil olunub və mərasimin yekununda tabutun üzəri son dəfə bağlanarkən qırmızı işıqlandırma və vida mərasiminə həsr olunan dini marş səsləndirilib.

DÇ-2026: Norveç Braziliyanı mübarizədən kənarlaşdırdı

DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən Braziliya – Norveç qarşılaşması başa çatıb.

Dramatik keçən oyunda Norveç millisi 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

Skandinaviya təmsilçisinin heyətində Erlinq Haaland 79 və 90-cı dəqiqələrdə fərqlənərək komandasının qələbəsində əsas pay sahibi olub. Braziliya millisinin yeganə qolunu isə 90+10-cu dəqiqədə Neymar penalti zərbəsindən vurub.

Rusiyanın Kiyevə kütləvi raket və PUA hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb, 46 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələri Kiyev şəhərinə kütləvi raket və pilotsuz uçuş aparatları ilə hücum edib.

Ukayna mediasının məlumata görə, hücum nəticəsində 11 nəfər həlak olub, 46 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hücum zamanı paytaxtda güclü partlayışlar baş verib. Qoloseyev rayonunda hərbi anbarlardan birinə zərbə endirildikdən sonra ərazidə tüstü müşahidə olunub.