19 May 2026

Azərbaycanın iki sərbəst güləşçisi Rusiyadakı turnirdə bürünc medal qazanıb

Azərbaycanın iki sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş turnirdə bürünc medal qazanıb.

Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Əli Əliyevin xatirə turnirində Ruslan Abdullayev (65 kq) və Abubakr Abakarov (92 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxaraq, bürünc mükafata sahib çıxıblar.

Akif Qurbanov hakimə: “Bilirik ki, sizin müstəqil qərar vermə səlahiyyətləriniz yoxdur"

Mayın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov çıxış edərək qanunsuz gəlir əldə etməsi barədə ittihama cavab verib. O, özünün və həyat yoldaşının qanuni, vergisi ödənilmiş gəlirlərinin istintaqın iddia etdiyi qanunsuz gəlir məbləğindən qat-qat çox olduğunu göstərib.

On ölkə birlikdə İsraili qınadı

Türkiyə də daxil olmaqla on ölkənin xarici işlər nazirləri birgə bəyanatda İsrailin Qlobal Sumud Donanmasına hücumlarını qətiyyətlə pisləyiblər.

Xarici işlər nazirlərinin birgə bəyanatında mülki şəxslərə qarşı bu müdaxilələrin beynəlxalq hüququ pozduğu bildirilir. Bəyanatda saxlanılan humanitar yardım fəallarının dərhal azad edilməsi tələb olunurdu. Həmçinin beynəlxalq ictimaiyyət məsuliyyəti öz üzərinə götürməyə və cəzasızlığa son qoymaq üçün konkret addımlar atmağa çağırılırdı.

Müsəlman Birliyi Hərəkatının Avropa nümayəndəliyi Bəhreyn şiələrinə dəstək bəyanatı yaydı

Son günlər Bəhreyndə şiə alimlərinə, ruhanilərinə və sadə inanclı insanlara qarşı başlayan kütləvi həbslər və təzyiqlər ciddi narahatlıq doğurur. Uzun illərdir öz dini və siyasi hüquqları uğrunda mübarizə aparan Bəhreyn şiələri yenidən zülm və repressiya ilə üz-üzə qalıblar.

Vaşinqton Kubaya hərbi müdaxilənin qaçılmaz olduğu qənaətinə gəlib - Politico

Donald Tramp administrasiyası sərt iqtisadi sanksiyalar və yanacaq blokadası yolu ilə islahatlara nail olmaq cəhdlərinin uğursuzluğundan sonra Kubaya hərbi müdaxiləni nəzərdən keçirməyə başlayıb.

Məlumatı "Politico" mənbələrə istinadən yayıb.

Bildirilir ki, "Kubalılar əvvəlcə düşünüləndən daha dözümlü olduqlarını sübut ediblər”: Buna görə də hərbi əməliyyatlar indi əvvəlkindən daha çox gündəmdədir".

Xorvatiya İsrailə diplomatik veto qoydu! Tarixdə ilk səfir rədd edildi

Xorvatiya prezidenti Zoran Milanoviç İsrailin Zaqrebdəki səfiri vəzifəsinə təklif etdiyi Nissan Amdurun təyinatını təsdiqləməyib. Prezident Aparatının açıqlamasında qərarın İsrailin hazırkı siyasətinə görə verildiyi bildirilib.

Milanoviçin qərarını dəyişdirməyəcəyi və hazırkı İsrailin Zaqrebdəki səfiri Qari Korenin səlahiyyət müddətinin başa çatdığı, yəni Amdurun yalnız müvəqqəti işlər vəkili kimi xidmət edə biləcəyi vurğulanıb.

Mayın 26-dan Bakı-Tbilisi sərnişin qatarı fəaliyyətə başlayır

6 illik fasilədən sonra Tbilisi və Bakı arasında gündəlik sərnişin qatarlarının hərəkəti mayın 26-dan bərpa olunacaq.

Bu barədə razılığı Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili əldə ediblər.

Həmçinin ikitərəfli Əlaqələndirmə Şurasının protokolu imzalanıb ki, buna əsasən Bakı-Tbilisi-Qars yeni dəmir yolu sahəsi tam istismara veriləcək.

Ill Şionun demoqrafiya sözləri Gürcüstan azərbaycanlıları arasında narahatlıq yaradıb

17 may tarixində Gürcüstanın Katolikos-Patriarxı III Şio Tbilisidə “Ailə müqəddəsliyi günü” münasibətilə keçirilən yürüşün sonunda, Müqəddəs Üçlük Kafedral Kilsəsinin qarşısında etdiyi moizədə deyib ki, ölkədə demoqrafik vəziyyət yaxşılaşmasa, digər xalqların

ABŞ-də məsciddə atışma olub, ölənlər var

ABŞ-nin San-Dieqo əyalətində məsciddə atışma baş verib. Hadisə nəticəsində ən azı 5 nəfər həyatını itirib. Vəziyyəti ağır olan yaralılar var. İnsanlar hadisə yerindən təxliyə edilib. Hadisənin detalları açıqlanmayıb. Əhaliyə ərazidən uzaq durmaq tövsiyə olunub.

Hadisə baş verən yer San-Dieqo əyalətinin ən böyük məscididir.

Federal Təhqiqatlar Bürosu 2 yeniyetmə şübhəlinin öldüyünü təsdiqləyib. Onların öz silahlarından açdıqları atəş nəticəsində öldüyü bildirilir.

KİV: ABŞ-ın İrana qarşı əməliyyat xərcləri 85 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkilən xərcləri 85 milyard dolları keçib.

Bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.

Məlumata əsasən, əməliyyat başlayandan indiyədək 79 gün keçib və bu müddət ərzində ABŞ Prezidenti Donald Tramp administrasiyası 85 milyard dollardan çox vəsait xərcləyib.

Əbülfəz Bünyadov: “2015-ci ildən bəri evimizin qarşısında polis dayanır, mənə gözdağı verirlər”

Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Əbülfəz Bünyadov ağır xəstə olmasına baxmayaraq, xəstəxanaya getmək üçün hər dəfə polisdən icazə almağa məcbur edildiyini deyir. Onun sözlərinə görə, 2015-ci ildə Nardaran hadisələrindən sonra yaşadığı evin qarşısında 24 saat polis nəzarəti qurulub və illərdir bu nəzarət davam edir.