20 December 2025

BGMİ -nin mərkəzi ofisində Şərqi Gürcüstan müftisinin seçkiləri keçirildi

 Bu gün Bütün Gürcüstan Müsəlmanları İdarəsinin mərkəzi ofisində Şərqi Gürcüstan müftisinin seçkiləri keçirilib.

Ali Dini Şuranın tam tərkibinin qərarı ilə Hacı Etibar Eminov ikinci müddətə Şərqi Gürcüstan müftisi seçildi.

Hacı Etibar Eminovu ikinci müddətə müfti seçilməsi münasibətilə təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.

İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edildi

Pakistanın hazırda həbsdə olan keçmiş Baş naziri İmran Xan 17 il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə İmran Xanla yanaşı, onun həyat yoldaşı Büşra Bibi barəsində də 17 il həbs qərarı çıxarıb. 

Məhkəmə İmran Xanı və Büşra Bibini "etibardan sui-istifadə" maddəsi ilə 10 il, "Korrupsiyanın qarşısının alınması" haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib.

BMT: Atəşkəsə baxmayaraq Qəzzada aclıq böhranı və ərzaq çatışmazlığı davam edir

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri və əlaqəli təşkilatlar İsrailin Qəzzaya yardımların daxil olmasına mane olduğunu bildirib və Qəzzada "aclığın" rəsmi olaraq sona çatmasına baxmayaraq, zolaqda aclıq böhranı və ərzaq çatışmazlığının davam etdiyini və yüz minlərlə insanın hələ də qida çatışmazlığından əziyyət çəkdiyini izah ediblər.

Müqavimətin iradəsini qırmaq cəhdləri uğursuz olacaq

Hizbullah Mərkəzi Şurasının üzvü Şeyx Həsən əl-Bağdadi İsrailin Livan və Fələstindəki hücumlarının müqavimət qüvvələrini əzmək məqsədinə çatmadığını bildirib.

Hizbullah Mərkəzi Şurasının üzvü Şeyx Həsən əl-Bağdadi terror və təcavüz səviyyəsi nə qədər yüksək olsa da, həqiqəti zorla qəbul etdirmək cəhdlərinin müqavimətin iradəsini qırmaqda müvəffəq olmayacağını bildirib.

Keçmiş dünya çempionu bloqqer-boksçuya nokautla qalib gəldi

Bloqqer-boksçu Ceyk Polla və keçmiş dünya çempionu Entoni Coşua arasında çoxdan gözlənilən döyüş baş tutub.

Dekabrın 19-dan 20-nə keçən gecə ABŞ-ın Mayami şəhərində keçirilən görüş 6 raund davam edib. E.Coşua rəqibinə nokautla qalib gəlib.

Qeyd edək ki, Entoni Coşua karyerası ərzində 29 qələbə qazanıb, 4 dəfə uduzub. Ceyk Polda isə bu göstərici 12:2-dir.

ABŞ Konqresi İmamoğlunun azadlığa buraxılmasını tələb edir

Demokrat ABŞ Nümayəndələr Palatasının üzvü Ceymi Raskin Konqresdəki çıxışında 2025-ci ilin mart ayından bəri saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin meri Əkrəm İmamoğlunun vəziyyətini tənqid edib. Raskin həbsi demokratiyaya və qanunun aliliyinə zidd adlandırıb və İmamoğlunun dərhal azadlığa buraxılmasını tələb edib.

Penitensiar müəssisələr üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkumların sayı açıqlandı

Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır.

Bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ilkin siyahıya əsasən 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur

Rusiya Odessaya zərbə endirib, 8 nəfər ölüb, 27 yaralı var

Rusiya ordusu dekabrın 19-da Odessa vilayətinin liman infrastrukturuna ballistik raketlərlə zərbə endirib.

Bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Kiper məlumat yayıb.

Məlumatda görə, hücum nəticəsində yeddi nəfər həlak olub, 15 nəfər yaralanıb.

Qeyd edilib ki, axşam saatlarında Odessa rayonunda yerləşən liman infrastruktur obyektinə kütləvi ballistik raket hücumu həyata keçirilib. Zərbə nəticəsində dayanacaqda olan yük avtomobillərində yanğın baş verib.