19 December 2025

Suriyada bir həftədə 40-a yaxın mülki şəxs həyatını itirib

Suriyada təhlükəsizlik böhranı davam edir

Suriya İnsan Haqları Müşahidə Mərkəzi (SOHR) ölkənin müxtəlif bölgələrində son bir həftə ərzində 39 mülki şəxsin öldürüldüyünü və ya həyatını itirdiyini sənədləşdirib. Ölənlər arasında qadınlar və uşaqların da olması Suriyada mülki əhalinin üzləşdiyi təhlükənin miqyasını bir daha ortaya qoyur.

Netanyahunun müttəfiqlərinin hərbi xidmətdən yayınması İsrail ordusuna 3 milyard dollara başa gəlib

Likud Partiyasının millət vəkili Boaz Bismut tərəfindən hazırlanan və Knessetin (parlament) Xarici İşlər və Təhlükəsizlik Komitəsində müzakirə edilən, Haredi gəncləri üçün hərbi xidmətdən azadolmanın uzadılması ilə bağlı qanun layihəsi sionist rejimin iqtisadi qurumları tərəfindən mənfi reaksiya ilə qarşılanıb.

Gürcüstandakı müxalif lider 7 aylıq həbsdən sonra azadlığa çıxıb

Müxalif “Dəyişikliklər üçün Koalisiya”nın liderlərindən biri Zurab “Girçi” Caparidze 7 aylıq həbsdən sonra Rustavi həbsxanasını bu gün səhər saatlarında tərk edib.

Bu barədə məlumat müxalif liderin "Facebook" səhifəsində paylaşılıb.

Məlumatda deyilir:

“Zurab Caparidze azaddır! Penitensiar Xidmət onu nəzərdə tutulmuş vaxtdan əvvəl azad edib və o, artıq Rustavi həbsxanasını tərk edib”.

Vəkil: "Amnistiya aktı məhkum sıxlığı problemini həll etməyəcək"

Dekabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisə amnistiya aktı layihəsini təqdim etdi. 

Ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilən bu sənədin ölkə tarixindəki ən genişmiqyaslı akt olacağı deyilir. 

Akt layihəsinə daxil olunan məhbusların əksəriyyətinin İkinci Qarabağ Müharibəsi və digər döyüşlərdə iştirak etmiş şəxslər olduğu bildirilir. 

Yəmən Quranın müqəddəsliyinə təhqirləri qınayıb

Yəmən xalqı müxtəlif əyalətlərdə keçirilən universitet və tələbə nümayişləri vasitəsilə Qurana qarşı təkrarlanan təhqirləri qınayıb.

Əl-Məsirənin məlumatına görə, Yəmənin paytaxtı Sənada Səna Universitetinin professorları "Amerika-Sionistlərin Qurana qarşı təhqirlərini rədd etmək" adlı böyük bir nümayiş təşkil ediblər.

Silah məsələsi Livanın şəxsi işidir, buna İsrail qarışa bilməz

Hizbullah Siyasi Şurasının üzvü Qalib Əbu Zeynəb Livandakı silah məsələsinin tamamilə ölkənin daxili məsələsi olduğunu bildirərək, İsrailin bu məsələdə heç bir sözü olmadığını vurğulayıb. Əbu Zeynəb ABŞ-ın hərbi təzyiqlə nəticə əldə edə bilməyəcəyini anladığını və buna görə də gərginliyi azaltmaq üçün addımlar atdığını bildirib.

İnqilab rəhbərinin idarəçiliyi düşmənlərin planlarını məhv etdi

“Bu müharibə sadə və keçici deyildi”

İranın mərhum lideri İmam Xomeyninin nəvəsi, höccətül-islam vəl-müslimin Seyid Əli Xomeyni Kaşanda, Məşhəd Ərdəhalda yerləşən Həzrət Əli ibn İmam Məhəmməd Baqirin (ə) müqəddəs məqbərəsində çıxışı zamanı 12 günlük müharibə ilə bağlı mühüm açıqlamalar verib. O, “müasirlik hicabı” anlayışına toxunaraq bildirib ki, yaşadığımız dövrdə bir çox hadisələr mahiyyətinə uyğun şəkildə dərk edilmir.

Aİ liderləri Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılığa gələ bilməyiblər

Brüssel sammitində Avropa İttifaqı liderləri Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılığa gələ bilməyiblər, bunun əvəzinə Kiyevin maliyyələşdirilməsi üçün digər variantları araşdırıblar.

Bu barədə Aİ qurumlarındakı mənbə jurnalistlərə açıqlama verib.

O bildirib ki, Rusiya aktivləri ilə bağlı heç bir qərar yoxdur. Liderlər alternativ variantları araşdırmağa başlayıblar.