09 October 2025

İsrail ilk mərhələdə 250 ömürlük həbs olunan fələstinlini azad edəcək

HƏMAS hərəkatı ilə İsrail arasında əldə olunan razılaşma çərçivəsində 250-si ömürlük həbs cəzası çəkən 2000-ə yaxın fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək.

Məlumatı HƏMAS sözçüsü, Hərəkata yaxın olan "Maan" xəbər agentliyi yayıb. Bildirilir ki, "sazişin birinci mərhələsində bir partiyada 20 girov azad ediləcək. Bunun müqabilində işğalçı İsrail hakimiyyəti 250-si ömürlük həbs cəzası çəkən 2000-dən çox fələstinli məhbusu azad edəcək".

Ayətullah Cavadi Amuli: Çalışaq ki, əməllərimiz, danışıqlarımız və sükutumuz Qurani-Kərimə və həqiqətə əsaslansın

Ayətullah Cavadi Amuli: Məsumlar (ə) Qurani həyat sürürlər, həyatları Qurani-Kərimdir və bütün əməlləri doğrudur. Biz niyə belə olmayaq?! Biz də çalışmalıyıq ki, əməllərimiz, danışıqlarımız və sükutumuz Qurani-Kərimə və həqiqətə əsaslansın.

Vaşinqton şiə məzhəb mənsublarına qarşı ayrıseçkiliklərin olması ilə bağlı məlumatlardan narahatlığını dilə gətirib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycandan gələn daha bir neçə şəxs Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüblər.

QMİ mətbuat xidmətinin məlumatına görə, oktyabrın 7-də gerçəkləşən görüşdə Komissiya sədri Viki Hartsler Azərbaycanda bəzi

şiə məzhəbinin mənsublarına qarşı ayrıseçkiliklərin olması ilə bağlı məlumatlardan narahatlığını dilə gətirib.

Qəzza atəşkəsinə görə İsraildə narazılıq: “HƏMAS qalır”

İsraildə atəşkəs razılaşmasına sərt tənqidlər

Qəzza ilə bağlı atəşkəs razılaşmasının elanından sonra İsrail daxilində ciddi narazılıq yaranıb. İsrail mediası və siyasətçiləri razılaşmanı “məğlubiyyət” kimi qiymətləndirir, HƏMAS-ın bölgədə qalmasının İsrail üçün strateji uğursuzluq olduğunu bildirirlər.

Qəzzaya hər gün 400 yardım maşını göndərilməsi ilə bağlı razılaşma əldə edilib

Misirli mənbə, əldə olunan razılaşmaya əsasən, atəşkəsin tətbiqindən sonra ilk beş gün ərzində Qəzza zolağına hər gün 400 humanitar yardım maşınının daxil olacağını açıqlayıb.

İsrailin "Kanal 12" telekanalı amerikalı rəsmiyə istinadən Qəzzada müharibənin bitdiyini açıqlayıb.

İspaniya İsrailə silah embarqosunu təsdiqləyib

Parlament Baş nazir Sançesin sentyabr ayında elan etdiyi qərarı 169 əleyhinə 178 səslə təsdiqləyib. Sançes İsrailin iki illik dağıdıcı müharibəsini tənqid edən dünya liderləri arasında ən sərt cavablardan birini verib.

İspaniya parlamentariləri çərşənbə günü Qəzzada "soyqırımı dayandırmaq" üçün baş nazir Pedro Sançesin təklif etdiyi İsrailə silah embarqosu təklif edən qanun layihəsini təsdiqləyiblər.